Avqust ayının 15-də Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" radikal qruplaşması Kabildəki Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə Kabildə keçirilən mətbuat konfransında "Taliban"ın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

"Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq", - deyə o qeyd edib.

Z.Mücahidin sözlərinə görə, avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək.

Ağarza Elçinoğlu