Obama
ABŞ prezidenti Barak Obama Pxenyanın gerçəkləşdirdiyi son nüvə sınağını təxribat adlandıraraq dünya birliyinin bunu cavabsız qoymayacağını bildirib.

"ABŞ təhlükəli silahların yayılmasının qarşısını almaq üçün əlindən gələni edəcəkdir. Şimali Koreya öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq normalarına riayət etməlidir. Bu Şimali Koreyanın yeganə çıxış yoludur", deyə Obama vurğulayıb.

Qeyd edək ki, rəsmi Pxenyan keçirdiyi nüvə sınağını "ABŞ-ın yersiz və əsassız düşmənçiliyindən qorunmaq üçün, milli təhlükəsizliyini təmin etmək məqsədi ilə gerçəkləşdirdiyini" bəyan edib.