Böyük Britaniyada son sutka ərzində 30 838 nəfər koronavirusa yoluxub.Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 555 200 nəfərə çatıb.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 174 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 131 854 nəfərə çatıb.