Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə yeni rəis təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Elxan Süleymanlı təyinat alıb.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin sabiq rəisi Cəbrayıl Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə bir müddət öncə işdən çıxarılmışdı. Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qaynıdır.

Murad İbrahimli