Hafiz Hacıyev Əkrəm Əylislinin qulağını kəsdirməyəcək
QAƏŞ: “Məsələni bu cür barbarcasına həll etmək olmaz”

Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə heyəti, Gənclər Təşkilatı və Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasının növbəti birgə toplantısı keçirilib. Toplantıda ilk öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.

Daha sonra Əkrəm Əylislinin Azərbaycan xalqını təhqir edən “Daş yuxular” əsəri ilə bağlı MMP- nin verdiyi qərar, həmin qərarın son günlər cəmiyyətdə yaratdığı əks-səda və gündəmdə narahatçılıq yaradan digər məsələlər müzakirə edilib.

Toplantı iştirakçıları bir daha Ə. Əylislinin milli məsələlərə bu dərəcədə antiazəri mövqedən yanaşmasını qəbuledilməz hesab ediblər.Bütün çıxış və təkliflər dinləndikdən sonra İdarə Heyəti və QAƏŞ keçən toplantıda Ə. Əylislinin qulağımın kəsilməsi ilə bağlı verilən qərarın qüvvədə qalıb-qalmamasını müzakirə ediblər. Məsələnin bu cür barbarcasına həllinin əleyhinə olan Ağsaqqallar Şurasının bir qrup üzvü təkidlə məsələnin dayandırılmasını istəyiblər.

Uzun müzakirələrdən sonra partiya ağsaqqallarının xahişi nəzərə alınıb. Qərara alınıb ki, qulaqkəsmə əməliyyatı dayandırılsın.