Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Yasamal Rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.