44 günlük Qarabağ savaşında ağır məğlubiyyətə uğrayan Ermənistan yenidən silahlandırılır.

Unikal.org xəbər verir ki, bu yaxınlarda Moskvada keçirilən "Armiya-2021" beynəlxalq hərbi-texniki əməkdaşlıq forumunda Ermənistan Rusiyanın müasir silahlarına maraq göstərib.

Bildirilib ki, Müdafiə naziri Arşak Karapetyan "AK-12" avtomatlarının, "Forpost" zərbə və kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar aparıb. Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi Yerevana 100 milyon dollarlıq kredit ayırdığı da bildirilir.

Rusiya Ermənistanın sonuncu Qarabağ müharibəsindən sonra darmadağın olunmuş hərbi strukturunu bərpa etməkdə maraqlıdır.

Ağarza Elçinoğlu