Ermənistanda daha 683 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 239 739-a çatıb. Son sutkada koronavirusdan 7 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 785-yə yüksəlib.

Koronavirusa yoluxan 225 234 nəfər sağalıb. Hazırda 8 570 pasiyent müalicə olunur.