Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maska taxmayan qeydiyyatçı işdən çıxarılıb.

Bu barədə Unikal.org-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

***

11:57

Sumqayıtda poliklinikada gərgin anlar yaşanıb.

Unikal.org xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Poliklinikada növbədə dayanan şəxslər işçinin maska taxmamasına irad bildirib və poliklinika işçisi ilə aralarında gərgin anlar yaşanıb.

Həmin şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.