Qazaxıstanda rus dilinin istifadəsi ilə bağlı fikir ayrılıqları davam edir.

Unikal.org xəbər verir ki, prezident Kasım-Jomart bu gün xalqa etdiyi müraciətdə sözügedən məsələ toxunub. 

"Rus dilindən istifadəyə qanunvericiliklə maneçilik törətmək olmaz", - deyə prezident deyib. 

Son vaxtlar Qazaxıstanda dövlət və xidmət sektorunda rus dilindən istifadə edən şəxslərlə mübarizə üçün xüsusi reydlər keçirilirdi.

Qeyd edək ki, daha əvvəl rəsmi Moskva Qazaxıstanda rus dillilərin hüquqlarının pozulması barədə məsələ qaldırmışdı.

Ağarza Elçinoğlu