Döyüş missiyaları xaricində əfqan qardaşlarımıza təlim yardımı göstərdik.

Unikal.org xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

"2002-ci ildən bəri Əfqanıstanda təxminən 20 min əsgər və mülki şəxs xidmət edib. İşçilərimiz və vətəndaşlarımız 48 saatdan az bir müddətdə təxliyə edildi. Kabil hava limanındakı gərginliyə baxmayaraq, uğurlu təxliyə TSK-nın gücünü nümayiş etdirdi. Türkiyə əsgəri Əfqanıstanda atalarına yaraşan vəzifəsini yerinə yetirdikdən sonra ölkəsinə qayıtdı. Türkiyə olaraq bundan sonra da bölgədəki inkişafı izləyəcəyik", - deyə Akar bildirib.