Elmar Hüseynov olayı təkrarlana bilər

Əkrəm Əylisli mövzusu hələ də gündəmdə qalmaqdadır. Əslində baş verən proseslər sonuncu prezidentin sərancamı ilə tamamlanmalı idi. Çünki bu sərəncamla Əkrəm Əylisli mənəvi qınanmanı tam mənasında yaşadı və bundan sonra baş verəcək proseslər sözsüz ki, başqa durum yarada bilər. Gəlin məsələyə başqa aspektdən yanaşaq. Belə ki, Əkrəm Əylisli məlum proseslərdən sonra Rusiya yazıçılarına, ölkəmizdə ki, səfirliklərə müraciət edərək dəstək istədi. Çox maraqlıdır,həssas məqamda nədən Əkrəm Əylisli yalnız susmağa üstünlük verirdisə, indi məsələnin qloballaşmasına çalışır? Müşahidəçilər bildirir ki, bunun başlıca səbəbi odur ki, Əkrəm Əylisli həqiqətən də ölkəni tərk etmək üçün bəhanə axtarır və hazırda məsələni qloballaşdırmaqla getdiyi ölkədə normal şərait əldə etməyə çalışır. Çox böyük ehtimalla o üzünü Rusiyaya tutacaq. Çünki hazırda o Rusiyadan daha çox dəstək istəyir və müəyyən qədər buna nail də ola bilib. Digər tərəfdən Əkrəm Əylisli ilə bağlı bu gündən sonra baş verən hadisələrdən üçüncü qüvvələrin istifadə etməsi məsələsi də gündəmdədir. Bununla bağlı millət vəkili Azay Quliyevin verdiyi açıqlamaya baxmaq maraqlı olardı:-” bədnam “Daş yuxular” romanına görə hamı və demək olar ki, cəmiyyətin bütün təbəqəsi Əkrəm Əylisliyə ən sərt formada öz kəskin etirazını bildirib və onun bu yaramaz hərəkətini qəti şəkildə pisləyiblər:

“Onun bu milli nankorluğu və nadanlığı ümumxalq nifrətinə səbəb olub və bu səbəbdən Əkrəm Əylisli ölkə başçısının sərəncamı ilə ən nüfuzlu addan, “xalq yazıçısı” adından məhrum edilib. Milyonlarla Azərbaycan oxucusu üçün Əkrəm Əylisli adında bir yazıçı “mövcud” deyil, o artıq “öldü”. Bundan sonra o heç bir halda milli dəyər kəsb etmir və ömrünün sonuna qədər xalqın nifrəti və tənəsi onu qarabaqara izləyəcək. İstənilən qələm əhli üçün bundan ağır cəza ola bilməz.

Amma bundan sonra hansısa bir ağılsız hərəkətə yol verilməsi, şübhəsiz bu romanın ideoloqlarının maraqlarına xidmət edər və onun siyasi və hüquqi nəticəsi ağır olar. Ən təhlükəlisi isə odur ki, bizi istəməyən hər hansı bir üçüncü qüvvə məharətlə istifadə edib Əkrəm Əylisliyə qarşı nə isə edə bilər və ölkəmizi arzuolunmaz duruma sala bilər. Bəlkə də Əkrəm Əylislinin və onu müdafiə edən şəxslərin və dövlətlərin də son istəyi budur. Maraqlıdır, həqiqətənmi üçüncü qüvvələr Əkrəm Əylisli mövzusundan bəhrələnə bilər? Ekspertlər bildirir ki, hazırda bu çox mümkün variantdır və bundan elə erməni kəşfiyyatının özüdə bəhrələnə bilər. Belə ki, Əkrəm Əylislinin fiziki məhvini planlaşdırırlar və sözsüz ki, ilk növbədə hədəf olaraq Azərbaycanı göstərirlər. Çünki Azərbaycan da Əkrəm Əylisli ciddi qınağa tuş gəlib və ona qarşı hansısa addımın atılması təbii ola bilər. Məhz bundan istifadə etməklə beynəlxalq miqyasda Azərbaycana zərbə vurula bilər və müxtəlif rəylər yaradıla bilər. Məsələn, bu gün Dağlıq qarabağ erməniləri iddia edir ki, ermənilərə qarşı azərbaycanlılarda bir patoloji nifrət var və onlar sabah bizlərlə bir yerdə yaşaya bilməz. Əkrəm Əylislinin isə fiziki məhfi onlara əsas verə bilər ki, azərbaycanlılar nəinki erməniləri məhv etməyə qadirdilər, hətta ermənilərə rəğbətlə yanaşan azərbaycanlıları da qətlə yetirməkdən çəkinmirlər. Bu isə Azərbaycanın bu günə qədər qərb dünyasında gördüyü işlərin üzərindən bir dəfəlik xətt çəkmiş olar. Bununla yanaşı ehtimal olunur ki, Rusiyadakı müəyyən qüvvələrdə Avropa ilə Azərbaycan arasında bir gərginlik yaşatmaq üçün Əkrəm Əylislini hədəfləyə bilər. Bütün bunlar isə təsdiqləyir ki, indiki məqamda üçüncü qüvvələrin hərəkətə gəlməsi gözləniləndir. Bu məqamda bir neçə il öncə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsini yada salaq. Prezident İlham Əliyevin seçkilərindən dərhal sonra belə bir qətl həyata keçirildi və bu istər hakimiyyət, istərsə də Azərbaycan dövlətçiliyi üçün şok effekt yaratdı. Həmin vaxt çıxış edən prezident İlham Əliyev bəyan etdi ki, törədilən bu cinayət bir başa Azərbaycan dövlətinə qarşı atılan addımdır. Bu gün eyni proses yenə təkrarlana bilər.
Əkrəm Əylisli üçüncü qüvvələrin diqqət mərkəzində