“Bəzən bir nəfərin xoşagəlməz fəaliyyəti nəticəsində məntəqə seçki komissiyasını buraxırıq. Biz seçkiləri ədalətli, qanunauyğun şəkildə keçiririk. Ona görə də komissiya üzvləri layiqli şəkildə seçilməlidir”.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Dairə seçki komissiyalarının rəhbərlərini yoxlamalardan keçirməyə çalışılacağıq. Onlar elə rəhbər olmalıdır ki, gələcəkdə hansısa xoşagəlməz hadisələr baş verməsin”