Çempionlar Liqasında fransız-italyan gecəsi
"Yuventus" "Seltik"i devirdi, PSJ "Valensiya"nı uddu

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. Azarkeşlərin diqqəti İspaniya və Şotlandiyaya yönəlib.

"Valensiya" doğma meydanda PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Matç 2:1 hesabı ilə fransızların xeyrinə bitib.

"Yuventus" isə səfərdə "Seltik"in müqavimətini qırmağı bacarıb. Turin təmsilçisi ev sahibi komandanın qapısından 3 cavabsız qol keçirib.

Çempionlar Liqası 1/8 final

İlk oyunlar

12 fevral

“Valensiya” (İspaniya) – PSJ (Fransa) - 1:2
Qollar: Rami, 90 - Lavezzi, 10, Pastore, 43

“Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya) - 0:3
Qollar: Matri, 3, Markizio, 77, Vuçiniç, 83