Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsində "Orbita" Mənzil-Tiknti Kooperativi piyada səkisini zəbt edərək qanunsuz parklanma yeri təşkil edib.

Bunu Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb. Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

Seymur Əli