Türkiyə ordusu İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Fərat qalxanı” bölgəsində 13 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən məhv edilib.

Qeyd edək ki, ötən gün “Fərat qalxanı” bölgəsində terrorçular tərəfindən Türkiyə ordusuna edilən hücum nəticəsində bir əsgər şəhid olmuşdu.