Türkiyə ordusu Suriyada daha 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, bununla da bu gün Suriyanın şimalında zərərsizləşdirilmiş terrorçuların sayı 17-yə yüksəlib.