Rusiya Federasiyasının Mari El Respublikasında ikimərtəbəli yaşayış binasında partlayış baş verib.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Zveniqovski rayonunda olub. Qaz sızması nəticəsindən mənzillərdən birində partlayış baş verib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.