Koronavirusdan vəfat edən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə Gəncə İstintaq Təcridxanasında kontaktda olan bütün şəxslər karantinə götürülüb.

Unikal.org xəbər verir ki, bunu Ədliyyə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hazırda onların səhhətinə xüsusi nəzarət edir.

Xatırladaq ki, Ağstafa rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub. Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.