Rusiya Vaşinqtondan koronavirusa qarşı qlobal sammitdə iştirak üçün dəvət almayıb.

Unikal.org xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, hələlik bu sammitin, ümumiyyətlə, hansı formatda keçiriləcəyi bilinmir.

Peskov, həmçinin Putinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmayacağını da deyib.