Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sentyabrın 10-dan sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 0,30 AZN təşkil edəcək. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə həyata keçiriləcək.