Bu gün “Bakı Metropoliteni” QSC-nin qatarlarından biri “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist nasazlıq hiss edib.

Unikal.org-un məlumatına görə, buna görə də “Ulduz” stansiyasında sərnişinlər düşürülüb.

Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən qatarların hərəkətində 3-4 dəqiqə ləngimə olub.