Ermənistanda son sutka ərzində daha 453 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 248 850 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5002-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1174 nəfərdir.

Aktiv xəstələrin sayı 10146 nəfər təşkil edir.