Ukrayna Prezidenti Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazırdır, ancaq bu görüşdə işğal olunmuş ərazilər məsələsi qaldırılmalıdır.

Unikal.org xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

"Həqiqətən də Ukrayna prezidenti Rusiya lideri ilə hər zaman və hər yerdə görüşməyə hazırdır. Təmas xəttində, yaxud da neytral ərazidə, amma Rusiya və Ukraynada deyil. Həm də bu görüşdə Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsi məsələsi müzakirə olunmalıdır", - deyə Nikiforov bildirib.