Azərbaycan hökumətinin 2012-ci ilə dair hesabatı Milli Məclisdə martın 15-də müzakirə ediləcək

Milli Məclis Azərbaycan hökumətinin 2012-ci ildəki fəaliyyətinə dair hesabatını martın 15-də müzakirə edəcək.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, hökumətin hesabatı hər il parlamentin yaz sessiyasının 5-ci iclasında müzakirə olunur.

A. Təvəkküloğlu hesabatın 1 gün ərzində müzakirə ediləcəyini deyib.