Ankarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza Etimesqut rayonunda qeydə alınıb.

Bildirilib ki, xidməti maşınla digər avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Sözügedən yaralılar xəstəxanaya çatdırılıb, həkimlərin cəhdlərinə rəğmən, onların da həyatını xilas etmək mümkün olmayıb.