ABŞ Prezidenti Co Bayden güclü meşə yanğınının alovlandığı Kaliforniya ştatında təbii fəlakət rejimi elan edib.

Unikal.org xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Bu gün Prezident Co Bayden Kaliforniyada fəlakət rejimi elan edib, yerli və ştat rəhbərliyinə "Kaldor" yanğınından təsirlənən bölgələrdə yenidənqurma işlərini tamamlamaq üçün federal yardım göstərilməsi barədə göstəriş verib", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, "Kaldor" yanğını avqustun ortalarında başlayıb.

Məlumata görə, bugünə qədər yanğının 65 %-i söndürülə bilib. 

Ağarza Elçinoğlu