Çexiya Fransadan 395 milyon dollar dəyərində 52 ədəd “Sezar” özüyeriyən artilleriya qurğuları alacaq.

Unikal.org xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Çexiya Müdafiə naziri Lubomir Metnar sosial media hesabında silahların alınması ilə bağlı müqavilənin sentyabr ayının sonuna qədər imzalanacağını bildirib.

Nazirlik Fransanın “Nexter System” şirkəti tərəfindən istehal edilən topların 2024-2026 -cı illərdə silahlanmaya qəbul ediləcəyini bildirib. Artilleriya silahlarından ilk dördü Fransada, qalanları Çexiyada istehsal ediləcək.

Qeyd edək ki, NATO üzvü olan Çexiya son illərdə köhnəlmiş texnikanı əvəz etmək istədiyi üçün hərbi xərclərini artırıb.