Ukrayna hökuməti vətəndaşların peyvənd olduğunu təsdiqləyən COVID-19 pasportlarının tətbiqinə başlamağa qərar verib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, COVID pasportu kinoteatrlar, idman zalları, teatrlar və hovuzlar kimi obyektlərdə tələb ediləcək.

Bundan əlavə, təhsil müəssisələri bütün işçilər tam peyvənd edildikdən sonra fəaliyyətə başlayacaq.