Dünya qlobal istiləşmə və iqlim böhranı ilə bağlı həyəcan təbili çalır.

Unikal.org "CNN"ə istinadən xəbər verir ki, alimlər hava çirkliliyinin insan sağlamlığı və hətta həyati təhlükəyə səbəb olmasını bildirib. Hələ təkcə qardaş ölkə Türkiyədə hava çirkliliyindən ölənlərin sayı, yol qəzalarında ölənlərin sayından təxminən 6 dəfə çoxdur.

"IQAIR 2020" hava keyfiyyəti hesabatına görə, son bir ildə 106 ölkədə aparılan testləri təhlil edib. Belə ki, Dünya hava keyfiyyəti indeksinə görə, 2020-ci ildə ən çox çirklənmiş ölkələr Banqladeş, Pakistan və Hindistan olub.

Dünyada yüksək hava çirkliliyindən hətta insan ömrünün qısalması riski də qaçılmaz olur. 

Ağarza Elçinoğlu