Qarabağda qanunsuz olaraq məskunlaşan erməni ailələri İkinci Qarabağ savaşından sonra İrəvana köçməyə başlayıblar. 

Unikal.org xəbər verir ki, bu gün Azərbaycan əsgərinin nəzarətində olan torpaqlarımız tam şəkildə ermənilərdən təmizlənib, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə isə erməni ailələrinin Qarabağdan köçü hələ də davam edir. 

Ermənistan Milli Statistika Xidmətinin Araşdırma və Xəbərlər Departamentinin rəhbəri Leonid Soqomonyan deyib ki, indiyədək Qarabağda olan 986 ailə araşdırılıb və onlardan 408-i hazırda paytaxt İrəvanda məskunlaşıb. Bu da Qarabağda yaşayan ermənilərin ümumilikdə 48,4 faizini təşkil edir. 

Bununla da Ermənistan rəhbərliyinin növbəti yalanı üzə çıxmış olur. Belə ki, onlar Qarabağda on minlərlə erməninin qaldığını desə də, özlərinin açıqladığı rəsmi statistika və kütləvi köç bunun tam əksini deyir. 

Ağarza Elçinoğlu