Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırıb.

Unikal.org "Sputnik Armenia"ya istinadən xəbər verir ki, höukmət başçısı Gorus-Qafan yolunda Azərbaycan sərhədçilərinin yük maşınlarını yoxlamasına da aydınlıq gətirib. 
O, postların Azərbaycan ərazisində quraşdırıldığını söyləyib:

"Gorus-Qafan yolu 2 yerdə Sovet Ermənistanının ərazisindən çıxır. Postlar məhz həmin yerlərdə qoyulub".

Paşinyan ötən ilin dekabrında yolun Azərbaycandan keçən hissəsindən erməni tərəfinin müvəqqəti istifadə etməsi barədə razılıq əldə olunduğunu söyləyib. Amma bu razılıq xarici ölkələrin yük maşınlarına şamil edilmirdi. 

Nikol Paşinyan İrandan gələn yük maşınlarına görə yaşanan problemi də  bununla əlaqələndirib.

Faktiki olaraq, Nikol Paşinyan Azərbaycan tərəfinin İranın yük maşınlarını öz suveren ərazisində yoxlamasını dəstəkləyib və razılaşmanı məhz "erməni tərəfinin pozduğunu" etiraf edib.

Ağarza Elçinoğlu