Pakistanın Cənub Vaziristan dairəsində terrorçularla atışmada 7 hərbi qulluqçu həlak olub, 5 terrorçu zərərsizləşdirilib.

Bu barədə Unikal.org “Anadolu” agentliyinə istinadən xəbər verir.

Pakistan Ordusunun İctimaiyyətiylə əlaqələr üzrə İdarəsində (ISPR) bildiriblər ki, atışma Asman Manza qəsəbəsində terrorçuluğa qarşı əməliyyatın gedişatında yaranıb.

Qeyd edilir ki, regionda terrorçular əleyhinə əməliyyat davam edir.

Hərbçilərə hücum etmiş qruplaşma haqqında informasiya verilmir.