Rəsmi Moskva Bakı və İrəvanın delimitasiya məsələlərinə dair təkliflərə cavab verməsini gözləyir.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, onlar Ermənistanla Azərbaycan arasında sərhədin müəyyən hissələrindəki vəziyyəti yaxından izləyir.

"Vəziyyətin inkişafı bir daha təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi erkən başlamalıdır".

XİN sözçüsü xatırladıb ki, Rusiya bu məsələ ilə bağlı təkliflərini həm Bakıya, həm də İrəvana təqdim edib:
"Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”.