Gəncədə bədbəxt hadisə baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Sözügedən ünvanda elektrik stansiyasında elektrik işləyən 1966-cı il təvəllüdlü İsmayılov İlyas Abış oğlunu cərəyan vurub. O, hadisə yerində dünyasını dəyişib. Məlunata görə, mərhumu 10 k/v-luq elektik cərəyanı vurub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.(apa.az)