ABŞ-ın Hind-Sakit okean bölgəsində Böyük Britaniya və Avstraliya ilə yeni razılaşması Çinə qarşı yönəlməyib.

Unikal.org xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Vaşinqton Pekinlə münaqişə axtarmır və yeni ortaqlıq heç bir ölkəyə qarşı yönəlməyib.

Psaki bildirib ki, bu razılaşma ABŞ-ın strateji maraqlarını və bölgədə sabitliyi qorumağa yönəlib.

ABŞ və Çin liderlərinin bu ayın əvvəlində baş tutan telefon danışığını xatırladan sözçü qeyd edib ki, tərəflər arasında yüksək səviyyəli dialoqu qoruyub saxlamaq lazımdır.