Mart ayından bu yana ilk raket sınağını ötən həftə həyata keçirdiyini açıqlayan Şimali Koreya, dünən ölkənin şərq sahillərində daha bir raket sınağını gerçəkləşdirib. 

Unikal.org xəbər verir ki, raketin buraxılış görüntülərində onun qatardan atıldığı əks olunub. Bildirilib ki, həmin raket 800 kilometr uzaqda qoyulan hədəfi dəqiq vurub.

Cənubi Koreyanın Baş Qərargah Rəisləri qeyd edib ki, Pxenyan dünən ölkənin şərq sahillərindən iki yeni raket atıb. Raketlərin Koreya yarımadasının şərq sahilində dənizə düşdüyü deyilir. 

Ağarza Elçinoğlu