Rusiyada son sutka ərzində daha 19 905 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org-un xəbərinə görə, TASS bu barədə Operativ Qərargaha istinadən məlumat yayıb.

Rusiyada COVID-19-a yoluxanların sayı 7 234 425 nəfərə çatıb.

Son sutka ərzində 791 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada COVID-19-dan ölənlərin sayı 196 626 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.