“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan maliyyə vəsaiti ayrılıb.

Unikal.org xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb.

“Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.