Ermənistanın "Hraparak" nəşri ikinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli razılaşma barədə reallığı əks etdirən məqalə dərc edib. 

Unikal.org xəbər verir ki, nəşrin məlumatına görə, Moskvada imzalanan bəyanat, əslində, "sülh müqaviləsi" olub. 

Bəyanatda iştirak edən Ermənistan tərəfinin nümayəndəsi müqavilə imzalandıqdan sonra bildirib ki, bəyanatda həqiqətən də status məsələsi göstərilməyib:

"Danışıqlar başa çatdı və Ermənistan tərəfi nəticələrdən çox razı qaldı. SSRİ-nin xəritələri çərçivəsində Qarabağın statusu göstərilmədən sərhədlərin demarkasiyası və delimitasiya prosesinə başlamaq barədə razılıq əldə olunmuşdur", - deyə nəşr bildirib. 

Ağarza Elçinoğlu