Bildiyimiz kimi,  14 sentyabr tarixində "Apple" şirkəti yeni "iPhone 13" smartfon seriyasının təqdimatını keçirib.

Unikal.org xəbər verir ki,  təqdimatda bu seriyaya daxil olan smartfonların ön sifariş göstəriciləri barəsində məlumat verilib. Belə ki, Çində bir neçə saat ərzində ön sifarişlərin sayı 1 milyonu keçib.

Qeyd etmək lazımdır ki, Çindəki Apple Store-da ön sifarişlərə yalnız sabah start veriləcək. Lakin bəzi online mağazalar artıq ön sifarişləri qəbul etməyə başlayıblar.