1999-2019-cu illərdə Əlcəzairin prezidenti olmuş Abdelaziz Buteflika 85 yaşında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə “Cezayir” dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, o, hakimiyyətdə olduğu son illərdə ciddi sağlamlıq problemləri səbəbindən əlil arabasında hərəkət edirmiş.