"Qəbələ"nin futbolçusu Yaovi Akakpo zədələnib.

Unikal.org-un məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi "Səbail"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununda ciddi xəsarət alıb.

Toqolu oyunçu 50-ci dəqiqədə meydanı xərəkdə tərk edib. Afrikalı futbolçunu iordaniyalı Omar Hani əvəzləyib.

Qeyd edək ki, qarşılaşma hələlik hesab açılmayıb.