Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 213 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 338 min 873 nəfərdən test götürülüb, onların 26 min 398-nin testi pozitiv nəticə verib, 27 min 160 nəfər sağalıb.

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 84.86%-nə bir doza, 67.7%-nə isə hər iki doza koronavirus əleyhinə vaksin vurulub.