"Ermənistan dərin krizis yaşayır, ancaq ölkə əhalisinin 70%-i bu reallıqla barışıb".

Unikal.org xəbər verir ki, bu sözləri erməni mesenat Ruben Vardanyan "2020 Ermənistanından 2041 Ermənistanına" forumunda deyib.

Onun sözlərinə görə, əgər hazırkı situasiyanı ciddi və dərin dəyişiklik üçün istifadə etməsələr, onda ermənilərin sonu çatacaq.

O, xatırladıb ki, bunun üçün 15 bənddən ibarət proqram təqdim edib:

"Bəndlərdən biri odur ki, biz illüziyalarda yaşamaqdan imtina edib, reallığı danışmalıyıq. İkinci vacib məqam - daha çox insanı cəlb etməliyik".

Onun sözlərinə görə, 20 il ərzində ölkə orta inkişaf keçib, inqilabdan sonra insanlarda böyük ümidlər yaranıb, müharibədən sonra isə dərin krizis yaşanır:

"Əhalinin 60%-i baş verənlərə laqeyddir, onlar situasiyanın ciddiliyini görmürlər, 30% əhali hər şeyi atıb ölkədən getmək istəyir, çünki bütün ümidlərini itiriblər. Ancaq dəyişiklik üçün şans var".