Türkiyənin Burdur əyalətindəki Qaradaş gölü quruyub.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, anormal isti hava şəraiti nəticəsində Qaramanlı ovalığında yerləşən sahəsi 1190 hektar olan su anbarındakı su tamamilə buxarlanıb.

Şirin su gölü və ətraf əraziləri 1985-ci ildə qoruq sahəsi elan edilib.

Qeyd edək ki, su anbarının quruması qlobal istiləşmənin canlı nümunəsi kimi xarakterizə olunur.