ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Texas ştatının Fort-Uort şəhərində qəzaya uğrayıb.

Unikal.org  xəbər verir ki, bu barədə şəhərin Yanğından Mühafizə İdarəsinin “Twitter” səhifəsində bildirilib.

Bildirilir ki, təyyarə yaşayış məntəqəsinə, evin üstünə düşüb. Qəza zamanı evdə olan 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.