Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir”.

Unikal.org-un verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Putin ətrafındakı onlarla insanın koronavirusa yoluxması səbəbindən sentyabrın 14-də özünütəcrid rejiminə keçdiyini açıqlayıb.