Şirvanda piyadaları avtomobil vurub.

Unikal.org xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçən Sabirabad sakinləri, 1986-cı il təvəllüdlü Mirzəyeva Ülviyyə Nəsirağa qızını və onun 15 yaşlı qızı Mirzəyeva Gülgəz Elçin qızını vurub. Yaralılar müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.