Azərbaycanda sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-28° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi  normadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət  60-70  % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz.  Lakin  axşam saatlarında   bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Səhər dağlarda duman.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°  isti, gündüz 30-34° isti, dağlarda gecə 11-16° isti, gündüz  16-21° isti olacaq.